Türkiyə - Mətbuat azadlığı təhlükədə [Video]

Your browser doesn’t support HTML5

Türkiyə: mətbuat azadlığı təhlükədə

Beynəlxalq Mətbuat İnstitutu Türkiyədə mətbuat azadlığına qarşı bir sıra qorxunc hücumların olduğunu bildirir.

Türkiyədə mətbuat azadlığı böyük təhlükə altındadır. Bunu gələn ay keçiriləcək seçkilərdən öncə ölkəyə səfər edən Qlobal Media Haqları Qrupları Koalisiyası bildirir.

Son il, əsasən də son bir neçə ay ərzində prezident tərəfindən defamasiya iddiaları və təhqirlə bağlı cinayət işlərinin sayı artıb. Bundan əlavə isə işdən çıxarılmalar və mətbuat orqanlarına reydlər baş verib

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarları ötən ay Hürriyət qəzetinin ofislərinə hücum ediblər. Buna səbəb qəzetin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı məqalə dərc etməsidir ki, partiya dəstəkçiləri yazılanların yalan olduğunu deyir. Bir neçə gün sonra isə qəzetin köşə yazarlarından biri evinin önündə vəhşicəsinə döyülüb.

Türkiyəyə səfəri təşkil edən Beynəlxalq Mətbuat İnstitutu mətbuat azadlığına qarşı bir sıra qorxunc hücumların olduğunu bildirir.

“Son il, əsasən də son bir neçə ay ərzində prezident tərəfindən defamasiya iddiaları və təhqirlə bağlı cinayət işlərinin sayı artıb. Bundan əlavə isə işdən çıxarılmalar və mətbuat orqanlarına reydlər baş verib.”

Dicle xəbər agentliyinin jurnalistləri bildirir ki, hökümət anti-terror qanunvericiliyindən istifadə edərək ölkənin şərqində PKK kimi tanınan kürd separatçıları ilə bağlı məlumatlandırmanın qarşısını alır.

Rəcəb Tayyib Ərdoğan

Londonda fəaliyyət göstərən Senzura İndeksi hazırda Türkiyədə 20-dən çox jurnalistin həbsdə olduğunu bildirir.

Onların sırasına İraq vətəndaşı Məhəmməd Rəsul daxildir ki, o kürdlər və polis arasında qarşıdurmalar barədə yazan digər iki britaniyalı jurnalistlə birgə həbs olunub. Daha sonra britaniyalılar deportasiya olunublar.

“Məhəmməd Rəsul işlərini yerinə yetridikləri üçün həbs olunan bir çox jurnalist və media işçilərindən sadəcə biridir. Onların işi xəbər çatdırmaqdır, bu isə cinayət deyil.”

Ancaq hakimiyyətyönlü kimi qəbul edilən Gündəlik Sabah qəzetinin redaktoru Türkiyəni tənqid edənlərin mürəkkəb media mühitini anlamadıqlarını deyir.

“Biz bir az təzyiqlə üzləşirik, amma əsas səbəb media maqnatlarının fərqli gündəmlərinin olmasıdır.”

Türkiyədəki jurnalistlərin çoxu işlərini görməkdən - yəni, xəbər çatdırmaqdansa, özlərini fəal kimi aparırlar

Cənab Solmazın sözlərinə görə, jurnalistlər jurnalistika və siyasət arasındakı sərhədi pozurlar.

“Türkiyədəki jurnalistlərin çoxu işlərini görməkdən - yəni, xəbər çatdırmaqdansa, özlərini fəal kimi aparırlar.”

Türkiyə höküməti Beynəlxalq Mətbuat İnstitutu heyətinin görüşmək təklifini rədd edib. Amerikanın Səsinin hökümətdən bu iddialarla bağlı şərh sorğusu cavabsız qalıb.