Türkiyədə 626 məktəb bağlanıb

Türkiyənin dövlətə məxsus mediası ölkədə keçən həftə hərbi çevrilişə cəhddən sonra 626 özəl məktəb və başqa təhsil müəssisələrinin bağlandığı haqda məlumat verib.

Məktəblər və təhsil ocaqları Türkiyənin hər yerində öz təliminin öyrədilməsi məqsədilə məktəblər yaratmış mühacirətdə yaşayan Fətullah Gülənlə bağlıdır.

Bununla yanaşı, Türkiyədə müəllimlərin ölkəni tərk etməsinə qadağa qoyulub, xaricdə olan müəllimlər isə ölkəyə qayıtmağa çağırılıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, təhsil nazirliyi ölkə boyu 15 min 200 müəllimi işdən azad edib. Daxili işlər nazirliyinin isə 9 min nəfəri işdən azad etdiyi bildirilir. Maliyyə nazirliyində 1500 nəfə, dini işlər üzrə idarə, ailə və sosial təminat, eləcə də baş nazirin ofisindən yüzlərlə insan işdən çıxarılıb. Türkiyənin ali təhsil şurası ölkə universitetlərində 1577 dekanın istefa ərizəsi verməsini isəyib.

Bu inkişaflar Ankarada keçən həftə prezident Ərdoğan hökumətinin hakimiyyətdən salınması cəhdi ilə əlaqədar şübhəli bilinən 9 min insanın saxlandığı vaxt baş verir.

Bu gün prezident Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin üzvləri ilə milli təhlükəsizlik şurasının iclasını keçirib. Erdoğanın iclasdan sonra mühüm açıqlamalar verəcəyi gözlənilir.