Türkiyə seçkiləri - İzmir [Video]

Your browser doesn’t support HTML5

Parlament üzvü AKP-li Nesrin Ulema partiyasının müdafiəsinə yürüşdədir.

İslam yönlü partiya hədəflərinə çatmaq üçün dünyəvi dəyərlərin güclü olduğu İzmir kimi şəhərdə qalib gəlməlidir.

Ulema əmindir ki, AKP-nin mesajanın geniş kütlələrə çatacağına inanır.

10 il davam edən iqtisadi firavanlıq AKP-nin hətta müxalifətin güclü olduğu bəzi şəhərlərdə müvəffəqiyyətə nail olması üçün əsas uğuru idi.

Ancaq hazırda iqtisadiyyat getdikcə zəifləyir və AKP-yə çox vaxt güclü dəstək verən yerlərdə də narazılıqlar səslənməyə başlayıb.

Partiya ilk dəfədir ki, seçkilərə hazırda prezident olan karizmatik lideri Rəcəp Tayyip Ərdoğan olmadan qatılır.

Sosioloq Betul Durmaz deyir ki, baş nazir Əhməd Davutoğlu cənab Ərdoğan kimi populyarlığa mailk deyil.

Betul Durmaz: "Rəcəp Tayyip Ərdoğan çox güclü lider idi. Ancaq Davutoğlu çox səhvlər edir. Seçicilər AKP-nin liderinin kim olduğunu qarışıq salır."

AKP bu çaşqınlığı aradan qaldırmaq güclü siyasi strateqiya həyata keçirir.

Uleam bu strateqiyadan geniş istifadə edir.

İzmir dünyəvi dəyərləri güclü olan şəhərdir və seçiciləri hazırki hökumətdə artan mühafizəkarlıqdan narahatdır.

Ancaq iqtidarda olan partiya bu şəhərdə öz yerli elektoratı arasında təşviqat apararaq, qələbə üçün çox böyük səy göstərir.