Yeni sorğu Türkiyədə İrana qarşı mənfi münasibətin artdığını göstərir

Yeni açıqlanmış sorğuda Türkiyədə İrandan narazılıq səviyyəsinin artmasını və türklərin böyük hissəsinin son illər İrana qarşı mənfi münasibətin artdığını göstərir.

Zogby Araşdırma Mərkəzinin apardığı sorğuda deyilir ki, 2006-cı ildə türklərin əksər hissəsi tərəfindən İrana müsbət münasibət xeyli azalıb. Bunun əsas səbəbi İranın İraq, Suriya və körfəz ölkələrinə münasibətdə yürütdüyü siyasətlə əlaqədardır.

“20 ərəb və müsəlman ölkədə İran və onun siyasətinə münasibət” adlı sorğuda Azərbaycan da daxil olmaqla, 20 ölkədə 20 mindən çox vətəndaşın fikri əks etdirilib. Respondentlər İran, onun xalqı, mədəniyyəti və nüvə proqramı kimi çox geniş məsələrlə bağlı suallara cavab veriblər.

Sorğu iştirakçılarının Türkiyədə yalnız 22, Azərbaycanda isə 20 faizi İrana müsbət münasibət bildirib.
Zogby mərkəzinin bildirdiyinə görə, ərəb və müsəlman ölkələrində İrana ən müsbət münasibət son illər yalnız 2006-cı ildə müşahidə edilib. Araşdırma mərkəzinin İrana münasibətin pisləşməsini Türkiyənin bölgədə rolunun və nüfuzunun artması ilə izah edib. Lakin eyni zamanda, Suriyada prezident Bəşar Əl-Əsəd hökuməti və onun müttəfiqi olan İrana qarşı mövqeyi Türkiyəyə şiələr arasında dəstəyin azalması ilə nəticələnib.

Sorğu iştirakçılarının Türkiyədə 22, Azərbaycanda isə 20 faizi İrana müsbət münasibət bildirib. Türkiyədə respondentlərin 63 faizi İranda islam inqilabının regionda sabitliyə mənfi təsir göstərdiyini deyib.

Sorğuya görə bir sıra ərəb və müsəlman ölkələr üçün Türkiyə model rolunu oynayır. Bu ölkələrin çoxunda Türkiyənin sülh və sabitliyə müsbət təsir göstərdiyinə inanırlar.

Türklərin özünə gəldikdə isə, hər hansı bir ölkənin Türkiyə üçün model götürülməsi fikrinə dəstək verilməyib.