Türkiyənin kürdlərin əksəriyyət təşkil etdiyi cənub-şərq bölgəsində təhlükəsizlik qüvəlləri aylardır kürd separatçı qrupu PKK-ya qarşı qanlı mübarizə aparır. Minlərlə insan evlərindən çıxarılıb və hələ də çoxu geri dönə bilməyib. Hökümət isə abadlıq proqramı çərçivəsində onların mülkiyyətlərini müsadirə edəcək yeni qanun qəbul edib. Bu mübahisəli proqram daha çox regionun əsas şəhəri Diyarbəkirə təsir edir.
Diyarbəkirdə aylarla şiddətli döyüşlər gedib, şəhərin mərkəzində tanklardan istifadə olunub və nəticədə şəhərin tarixi məhəlləsinin böyük hissəsi dağılıb.
Özünü Berivan kimi tanıdan bir qadın Diyarbəkirin qədim Sur məhəlləsindəki evinin şəkillərini göstərir. O, təzyiqlərdən qorxduğu üçün əsl adını demir. Təhlükəsizlik qüvvələri Diyarbəkirə ciddi şəkildə nəzarət edir. Orada aylar boyu şiddətli döyüş gedib, şəhərin mərkəzində tanklardan istifadə olunub və nəticədə şəhərin tarixi məhəlləsinin böyük hissəsi dağılıb. Minlərlə digər insan kimi Berivan da evindən çıxmaq məcburiyyətində qalıb. Daha sonra onun çox qısa müddətliyinə geri dönməsinə icazə verilib.
“Qadağan saatı bir neçə saatlıq aradan qaldırılmışdı. Mən anamla birgə evə dönüb sadəcə bir neçə əşyamızı götürdük, çünki yenidən geri dönəcəyimizə ümid edirdik. Biz qardaşımın kitablarını və bəzi lazımı əşyaları götürdük. Çox şey götürmədik, çünki geri dönəcəyik deyə düşünürsdük. İndi isə bacımgildə qonaq kimi qalırıq. Ümid edirik ki, Sur yenidən açılacaq. Beş ay yarımdır bu, bizim yeganə ümidimizdir.”
Berivan oraya bir daha qayıtmaya da bilər. Bu ay hökümət Sur məhəlləsindəki mülkiyyətlərin 90 fazini müsadirəyə alacağına dair qanun qəbul edib. Çoxəsrlik tarixi dar küçələri olan Sur hər zaman kürd millətçiləri və PKK tərəfdarlarının istinadgahı olub. Surun meri, kürd tərəfdarı HDP partiyasının üzvü Seyrt Narin terroru dəstəkləmək ittihamları ilə vəzifəsindən azad edilib. Hazırda mer vəzifəsini icra edən Əzizə Dəyər Kutlu isə ərazidə çox sayda çarəsiz insanların olduğunu deyir.
Türkiyə baş naziri Əhməd Davudoğlu israr edir ki, rəsmilər Diyarbəkirin Sur məhəlləsini bərpa etmək üzərində işləyir və şəhəri İspaniyanın Toledo şəhərinin əzəmətinə bənzəyəcək şəkildə bərpa edəcəklər. Toledo simvolik baxımdan əhəmiyyətlidir, çünki İspaniyadakı vətəndaş müharibəsi zamanı şəhər çox dağılmışdı. Yeni qanun əsasında müsadirə olunacaq mülkiyyətlərin sırasına altı kilsə daxildir. Onlardan biri də regiondakı ən böyük erməni kilsələrindən biri olan, bu yaxınlarda bərpa olunmuş Müqəddəs Giraqos kilsəsidir.
Türkiyə baş naziri Əhməd Davudoğlu israr edir ki, rəsmilər Diyarbəkirin Sur məhəlləsini bərpa etmək üzərində işləyir və şəhəri İspaniyanın Toledo şəhərinin əzəmətinə bənzəyəcək şəkildə bərpa edəcəklər.
Bəziləri baş nazirin şəhərin abadlaşdırma planının videosuna istinad edərək planı tənqid edirlər, çünki onların dediyinə görə, yeni planda bir neçə məscid yer alıb və bu, bir zamanlar böyük yəhudi və xristian əhalisi olan Surun dini müxtəlifliyi əks etdirmir.
Diyarbəkir Memarlar Palatasının sabiq başçısı Merthan Anık bu planla tanış olub və höküməti həm Surun keçmişini silməyə yönəlmiş, həm də gələcək müqavimətə dair xəbərdarlıq edən bir siyasi gündəm aparmaqda günahlandırır.
“Bu, ən son müharibə vəziyyətinə əsaslanan siyasi qərardır. Faktiki olaraq, dövlət kürdlərə növbəti tarixi mesaj göndərir. Kürdlərə qarşı istifadə olunan tanklar,toplar silahlardan sonra, indi də onlara qarşı müsadirə və uzaqlaşdırılma siyasəti aparılır,” deyə o bildirir.
HDP-nin başçısı Selahattin Demirtaş hökümətin planını tənqid edib və bunu insanlara qarşı kütləvi cəza adlandırıb. AKP-nın Diyarbəkirdəki lideri Məhəmməd Akar isə bu ittihamları rədd edib.
Buna baxmayaraq isə Sur küçələrində qorxu və qeyri-müəyyənlik hələ də davam edir. Surun dar küçələrində yerləşən Demir çayxanasının divarlarında PKK üsyançılarının qrafittisi ilə bərabər son döyüşlər nəticəsində yaranan güllə deşikləri var. Çayxananın sahibi Mustafa hər kəs kimi onun da müsadirədən narahat olduğunu deyir.
“İnsanın evi çörək pulunu qazandığı yerdir. Əgər onlar buranı müsadirə etsə, nə olacaq? Mən heç nə başa düşmürəm. Bizim işimiz burdadır. Mən bu yaşda başqa heç bir iş görə bilmərəm. Hambal olmalıyam? Başqa iş yoxdur. Mən gələcəklə bağlı heç nə bilmirəm,” deyə o bildirir.
İnsanın evi çörək pulunu qazandığı yerdir. Əgər onlar buranı müsadirə etsə, nə olacaq? Mən heç nə başa düşmürəm. Bizim işimiz burdadır. Mən bu yaşda başqa heç bir iş görə bilmərəm.
Mustafa küçənin digər tərəfində bir maşını göstərərək rəsmilərin hələ də binaların təhlükəli olduğunu iddia edərək, insanları məhəllədən çıxardığını deyir. Hökümət isə iddia edir ki, istəyən hər kəs geri dönə biləcək. Berivan o günü səbirsizliklə gözləyir. “Surda yaşamaq, mənim üçün həyatda olmaq, nəfəs almaq kimi vacibdir. Sur hər bir sakini üçün müqəddəsdir. Biz ondan imtina edə bilmərik,” deyə o bildirir.
Tənqidçilər xəbərdarlıq edir ki, hökümətin digər şəhər abadlaşdırma layihələrində buna bənzər vədlər edilsə də, onlar çox nadir hallarda həyata keçirilib. Digərləri isə Surun bərpasınının arxasındakı əsl məqsədin məhəllənin kürd millətçilyinin mərkəzi olmasına son qoymaq olduğundan narahatdır.