Türkiyə mətbuatının verdiyi məlumata görə, Ankarada ABŞ səfirliyinə qarşı təhlükə ilə əlaqədar dörd iraqlı saxlanıb.
Bu haqda xəbərlər ABŞ səfirliyinin bazar ertəsi günü “təhlükəsizliyə hədə” ilə əlaqədar olaraq bağlı olduğunu bildirməsindən sonra verilib.
“Səfirlik işini bərpa etdikdən sonra yenidən açılması haqda məlumat verəcək”, ABŞ səfirliyinin veb səhifəsindəki bəyanatda deyilir. Səfirlik eyni zamanda, Türkiyədəki amerikalılara “diqqət cəlb etməməyi” tövsiyə edib.
Türkiyə mətbuatının bildirdiyinə görə, İslam Dövləti qrupu ilə əlaqəsi olan dörd iraqlı Qara dəniz sahilindəki Samsun şəhərində saxlanıb.
2013-cü ildə ABŞ-ın Ankaradakı səfirliyinin qarşısındı intiharçının üzərindəki bombanı partlatması nəticəsində onun özü və türk mühafizəçi ölmüşdü. Hücuma görə məsuliyyət ölkədəki solçu qrupun üzərinə qoyulmuşdu.
Türkiyədə 2015-ci və 2016-cı illərdə İslam Dövləti qrupu ilə bağlı bir sıra hücumlar törədilib. 2017-ci ildə Yeni ilin qeyd edildiyi gecə klubunda silahlı hücum 39 insanın ölümülə nəticələnib.