Türkiyə Suriyada kürdlərin nəzarət etdiyi Afrin anklavına hava hücumu edib

Türkiyənin döyüş təyyarələri şənbə ABŞ-ın dəstəklədiyi kürd yarı-hərbi dəstələrinin Suriyanın Afrin əyaltindəki mövqelərinə hücum edib və beləcə Suriyanın vətəndaş müharibəsi daxilində yeni cəbhə yaradıb və Türkiyə ilə Vaşinqton arasında münasibətlərin daha da gərginləşməsi ehtimalını artırıb.

Ankaranın Birləşmiş Ştatlarla müttəfiqləik edən kürd döyüşçülərə qarşı əməliyyatı NATO müttəfiqləri olan Ankar ilə Vaşinqton arasında münasibətlərin pozulduğu vaxta təsadüf edir.

Türkiyənin bu addımı Rusiya ilə münasibətləri yaxşılaşdırmaq səylərini çətinləşdirə bilər. Moskva Birləşmiş Millətlər Təşkilatında Türkiyədən hərbi əməliyyatlarına son qoymasını tələb edəcək, deyə Rusiya parlamentinin yuxarı palatasının təhlküsizlik komitəsinin üzvü şənbə RIA xəbər agentliyinə bildirib.

Yüksək səviyyəli Türkkiyə rəsmisinin bildirdiyinə görə, bomba reydləri Suriyanın kürd YPG yarı-hərbi dəsətlərini hədəf aldığını deyib. O həmçinin bildirib ki, Türkiyənin Suriyada dəstəklədiyi üsyançı qrup, Azad Suriya Orudusu da Türkiyənin Afrində apardığı hərbi əmliyyatlara dəstək verir.

YPG hava hücumları nəticəsində çox sayda insanın yaralandığını bildirib, amma dəqiqməlumat hələ yoxdur. YPG-nin Afrindəki sözcüsü Rojhat Rojun sözlərinə görə, hal-hazırda YPG ilə Türkiyə qüvvələri arasında ciddi qarşıdurma yaşanmayıb, sadəcə Afrin regionun bir kənarında kiçik toqquşmalar baş verib.

Reuters-in Hassada, Suriya ilə sərhəddəki operatorları ağır bombardman səslərini eşidib və sərhədin Suriya tərəfindən tüstü çıxdığını görüb. Onlar döyüş təyyarələrinin sərhədin Türkiyə tərəfindən hücum həyata keçirdiyini bildirib.

Türkiyənin Zeytun Budağı Əmliyyatı adlandırdığı bu hücumlar prezident Rəcəb Tayyib Ərdoğan və nazirlərinin Suriyada YPG-yə qarşı xəbərdarlıqlarında sonra həyata keçirilib. Türkiyə YPG-ni otuz ildir Türkiyənin əksəriyyətinin kürdlərin yaşadığı cənub-şərq bölgəsində ölümcül qiyam aparan qanunsuz Kürd Fəhlə Partiyası (PKK)-nın bir qolu hesab edir.

Dostlar və qardaşlar

YPG-nin Suriyanın şimalında gücünün artması cənubi srəhdində müstəqil kürd dövlətinin yaranmasından qorxan Ankaranı narahat edir.

Türkiyə ordusu Afrindəki əməliyyatının Türkiyə sərhədlərinə təhlükəsizliyi təmin etmək, “terrorçuları ortadan qaldırmaq və dostlar və qardaşları, regionun insanlarını onların vəhşiliklərindən qorumaq” məqsədi daşıdığını bildirib.

“Biz Cerablus və Əl-Bab əməliyyatlarında olduğu kimi burada da qərbdən başlayaraq terror dəhlizini məhv edəcəyik,” deyə Ərdoğan Suriyanın şimalında İslam Dövlətini geri çəkmək və YPG-nin irəliləməsinin qarşısını almaq üçün apardığı öncəki əməliyyatlara istinadən bildirib.

Bundan öncə şənbə ordu YPG və digər kürd döyüşçülərinin istifadə etdiyi sığınacaqları vurduğunu və kürd militatnlarının Türkiyə daxilindəki Türkiyə mövqelərinə atəş açdığını bildirib.

Lakin ABŞ-ın dəstəklədiyi və YPG-nin böyük hissəsini təşkil etdiyi Suriya Demokratik Qüvvələri şənbə Türkiyəni Suriyada hücuma başlamaq üçün sərhəddə atəş açmaqda ittiham edib.

Suriya siyasəti ilə bağlı fərqli mövqeyi Türkiyənin NATO müttəfiqi Birləşmiş Ştatlar isə onsuz da ağır münasibəti çətinləşdirib. Vaşinqton YPG-ni dəstəkləyir və onları İslam Dövlətinə qarşı mübarizədə effektiv tərəfdaş olaraq görür.

Cümə günü ABŞ Dövlət Departamentinin rəsmisi deyib ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsi regional sabitliyi pozacaq və Türkiyənin sərhəd təhlükəsizliyini qorumağa yardım etməyəcək.

Bunun əvəzinə Birləşmiş Ştatlar Türkiyəni diqqəti İslam Dövlətinə qarşı mübarizəyə yönəldib. Ankara Vaşinqtonu Suriyada bir terror qrupuna qarşı döyüşmək üçün bir digər terror qrupundan istifadə etməkdə ittiham edir.