Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf partiyasının qələbə əldə edəcəyi gözlənilirdi. AKP-nin səslərin 50 faizə yaxınını əldə etdiyi seçkilərin nəticələri müzakirə mövzusu olaraq qalır. Brukings institutunun Türkiyə proqramının direktoru Ömər Taşpınar seçkilərin nəticələrinin iqtisadi inkişafa əsaslandığını deyib. O, ilk dəfə Ədalət və İnkişaf partiyasının 3 dəfə ardıcıl olaraq qələbə əldə etdiyini bildirib. Lakin ekspertin fikrincə, parlamentdə yerlərin üçdə ikisini əldə edə bilmədiyinə görə, yeni konstitusiyanın təsisi AKP-ni müxalifətin dəstəyini əldə etməyə vadar edəcək.
Seçkiqabağı kampaniyalar zamanı Avropadan danışılmadığından gileylənən ekspertlər də var. Türkiyənin Avropa İttifaqına üzvlük müddətinin yenidən başladılması təklifini irəli sürən Beynəlxalq Böhran Təşkilatının Türkiyə təmsilçisi Hüq Pop hesab edir ki, Türkiyə son illər əldə etdiyi nailiyyətlərə görə Avropaya borcludur.
Seatldakı Vaşinqton universitetinin beynəlxalq əlaqələr üzrə professoru Rəşad Kasabalının fikrincə, 12 iyun seçkiləri Ədalət və İnkişaf partiyasının böyük qələbəsidir. Parlamentdə 4 partiyanın təmsil olunmasını Türkiyənin nailiyyəti kimi qiymətləndirən professor yeni parlamentin qarşısında bir sıra probemlərin həllinin durduğunu deyib.
Ekspetlər hesab edir ki, parlamnetdə müstəqil nümayəndələrin çoxluğu problemlərin həllində yararlı ola bilər.Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın tənqidçiləri onu özunun rəhbərliyi ilə prezidentli bir rejimin təsis edilməsingə günahlandırıb. Onun hakimiyyətindən hədsiz dərəcədə istifadə etdiyi və ölkəni dünyəvilikdən yayındırdığı haqda ittihamlar da irəli sürülüb.