Türkiyə polisi tərəfindən 100-ə yaxın adam nəzarət altına alınıb

  • Amerikanın səsi

Türkiyə polisi tərəfindən 100-ə yaxın adam nəzarət altına alınıb

Bu günlər Türkiyə polisi tərəfindən PKK ilə əlaqəsi olduğundan şübhələnilən 100-ə yaxın adam nəzarət altına alınıb. Səhər tezdən keçirilən reyd zamanı ölkənin üç aparıcı həməkarlar ittifaqının ofisində axtarış aparılıb. Reyd Türkiyə parlamentinin kürd üzvləri tərəfindən kəskin tənqid edilib. Sülh və Demokratiya partiyasının üzvü Eltuğrul Kürkcü həbslərin terrorizmlə mübarizə ilə heç bir əlaqəsi olmadığını bildirib. O, bunun yalnız kürdlərin xalq hərəkatına qarşı bir reyd olduğunu deyib. Eltuğrul Kürkcü bildirib ki, redin məqsədi martın 8-i beynəlxalq qadınlar günü keçiriləcək hökumət əleyhinə nümayişin qarşısını almaqdır.

2009-cu ildən, hokumətin Kürd İcmaları Birliyinə qarşı təhqiqatı nəticəsində 6000 adamın həbs edildiyi iddia edilir. Onlar arasında seçkilər yolu ilə hakimiyyətə gələn kürd rəsmiləri, jurnalistlər və ziyalılar olduğu deyilir.