Türkiyə kürd qiyamçılarına qarşı hərbi əməliyyatlara başlayacaq

  • Nərminə Cəlalqızı

Türkiyə kürd qiyamçılarına qarşı hərbi əməliyyatlara başlayacaq

Türkiyə ölkənin şimalında, İraqla sərhəddə kürd qiyamçılarına qarşı quruda hərbi əməliyyatlara başlayacağını bildirib. Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Türkiyənin İraqla kürd yaraqlılarına qarşı yerdən əməliyyatlarla bağlı danışıqlar apardığını və razılıq əldə edildiyi təqdirdə dərhal hərbi əməliyyatlara başlanacağını deyib.

Son zamanlar kürdlərin PKK təşkilatı türk ordusuna qarşı hücumları intensivləşdirdiyinə görə Türkiyə İraqla sərhəddə cəmləşən üsyançılara qarşı hava hücumlarını artırmışdı. Bazar günü kürd yaraqlılarının ölkənin cənub-şərqindəki polis məntəqələrinə hücumu zamanı azı beş nəfər ölüb.