Baş nazir Rəcəb Təyyib Ərdoğan bu bəyanatı Torontoda Böyük İyirmiliyin sammitində açıqlayıb
Ötən ay Qəzzaya istiqamət alan humanitar donanmaya reydin ardınca Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ölkəsinin hava hüdudlarını İsrail təyyarələri üçün bağlı elan edib. Dövlətə məxsus Anadolu xəbər agentliyi bildirir ki, cənab Ərdoğan hava hüdudlarının bağlanmasının reydlə əlaqədar olduğunu təsdiq edib. Baş nazir bu bəyanatı Torontoda Böyük İyirmiliyin sammitində açıqlayıb. Türkiyə hökumət rəsmiləri qadağaların yalnız hərbi uçuşlara tətbiq olunduğunu bildirib. Rəsmilər bunun tam qadağa olmadığını deyərək, hər uçuş üçün ayrı-ayrılıqda icazə alınmalı olunduğunu xəbər verib.