Türkiyə boyu reydlər həyata keçirilib

  • Amerikanın səsi

PKK üsyançıları

Türkiyədən alınan məlumatda polisin ölkənin cənub-şərqində fəaliyyətlərinə qadağa qoyulan kürd üsyançıları ilə əlaqəsi olduğunda şübhəli bilinən birlik liderləri və fəalların axtarışı məqsədi ilə xüsusi reydlər həyata keçirdiyi bildirilir.

Anadolu xəbər agentliyinin yayımladığı məlumatda deyilir ki, ölkənin azı 20 şəhərində, eyni zamanda aparılan reydlər zamanı 100 nəfərdən çox insan nəzarət altına alınıb.

Həbs ediıənlərdən azı 10 nəfərin İstanbulda, bəzilərinin Ankarada və kürdlərin çoxluq təşkil etdiyi Diyarbakırda həbs edildikləri deyilir.

Həbs edilənlər arasında şəhər merlərinin, jurnalistlərin, insan haqları fəallarının da olduğu bildirilir.