Türkiyənin konstitusiya islahatları istiqamətində addımlar uğurlu görünür

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdöğanın hökuməti ölkənin Avropa Birliyinə daxil olmasını gücləndirə bilən bir sıra konstitusiya islahatlarının təsdiq edilməsi istiqamətində addımlar atıb.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdöğanın hökuməti ölkənin Avropa Birliyinə daxil olmasını gücləndirə bilən bir sıra konstitusiya islahatlarının təsdiq edilməsi istiqamətində addımlar atıb.

Cümə axşamı parlament ölkənin hakim və prokurorlarını təyin edən rəsmi Hakim və Prokurorların Ali idarə heyətinin tərkibini dəyişən ölçüləri təsdiqləyib.

Çərşənbə axşamı qanunvericilər Konstitusiya Məhkəməsində hakimlərin sayını artıran və parlamentə bir neçə hakimi təyin etmək hüququ verən maddəni təsdiq edib.

Buna baxmayaraq, müxalif qüvvələr ölçülərə qarşı müqavimət göstərməyə söz verərək, bunun hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının (AKP) səlahiyyətlərini genişləndirə biləcəyini bildirir.

AKP-nin əvvəllər konstitusiyaya dəyişiklik etmək cəhdləri müxalif qüvvələr tərərfindən dayandırılmışdır.

Türkiyənin hərbi qüvvələri özünü ölkənin dünyəvi sisteminin müdafiəçisi hesab edir.