Türkiyə rəsmisinin bildirdiyinə görə, Bayden-Ərdoğan görüşü təxirə salınıb

Türkiyə rəsmisinin cümə günü bildirdiyinə görə, prezident Rəcəp Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə mayın 9-da Ağ Evdə planlaşdırılan görüşü Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərə görə təxirə salınıb.

Adının açıqlanmasını istəməyən rəsmi tezliklə yeni tarixin təyin olunacağını bildirib.

Ağ Ev rəsmi səfərlə bağlı məlumat açıqlamamışdı. Lakin ABŞ rəsmisinin martın sonunda Reuters xəbər agentliyinə dediyinə görə, Ağ Ev görüş təklif edib və Ankara görüşün mayın 9-da keçirilməsinə razılıq verib.