Suriya münaqişəsindən qonşu Türkiyəyə qaçan 200 minə qədər insanın məskunlaşdığı düşərgələrdə məktəblər fəaliyyət göstərir. Qaziantepdəki məktəbdə suriyalı qaçqınlar oxuyur. Türkiyənin təhsil proqramına əsaslanmasına baxmayaraq, şagirdlərə dərslər dogma ərəb dilində keçirilir. Onlara eləcə də türk və ingilis dilləri də tədris edilir.
Bu məktəb keçən ilin oktyabr ayında, qaçqınların yaxın zamanda evlərinə dönə bilməyəcəkləri aydın olandan sonra açıldı. Səkkiz sinifdən ibarət məktəbdə dərslər aşağı sinif şagidlərinə səhər, yuxarı sinif şagidlərinə günorta tədris edilir. Axşamlar isə məktəbə 300 valideyn türk dilini öyrənmək üçün gəlir.
Buradakı uşaqlar çoxları kimi rəsm çəkməyi sevir. Onların çəkdiyi rəsmlərdə əsasən həyəcanlı səhnələr olur. Məktəbin müdiri Orxan Böyükaslan belə rəsmlər çəkməklə uşaqların aldıqları travmanı bölüşdüklərini deyir.
Məktəbi və şagirdlərin xərclərini Qaziantep şəhər bələdiyyəsi maliyyələşdirir. Şəhərin meri Asim Gözəlbəy xaricdən gələnlərin sayının artmasının gərginlik yarada biləcəyini desə də, yerli sakinlərin I Dünya Müharibəsindən sonra türkiyəlilərin necə əzab çəkdilkərini bildiklərini deyir.
Gözəlbəy humanitar böhran və Suriyadakı münaqişəsinin yaxın zamanda sona çatmayacağından narahatdır.
Dərslər başa çatdı, uşaqlar sinifləri tərk etdi. Qaziantep rəsmilərini isə zorakılara görə Suriyanı tərk edəcək minlərlə qaçqının problemlərinin öhdəsindən gəlinməsi düşündürür.