Qaçqın axını Türkiyənin imkanlarını gərildir [Təhlil]

BMT rəsmiləri münaqişə səbəbindən İraq və Suriyadan məcburi qaçanların sayının 13.6 milyona çatdığını bildirib. Bu açıqlama Türkiyə hökumətinin həmin qaçqınların çoxunun Türkiyədə məskunlaşdığına görə ölkə resurslarının gərildiyi, yerli əhalinin narazılıqlarının artmasına səbəb olduğu və həmin qaçqınların yəqin ki, vətənlərinə qayıtmayacağını dediyi vaxta təsadüf edir.

Bir neçə ay bundan əvvəl Türkyə rəsmiləri çoxu suriyalı olmaqla, son üç il yarımda ölkəyə 1.6 milyon müvəqqəti qaçqın gəldiyini bildirmişdi. Lakin Türkiyə bu yaxınlarda deyib ki, İraq və Suriyadakı münaqişənin sonu olmadığına, Avropanın qaçqınların az hissəsini qəbul etdiyinə görə, qaçqınların əksəriyyəti orada qalacaq.

Qaçqınların artması Türkiyənin resurslarına güclü təsir etməyə, az maaşa işləməyə razı olmaları və məktəb və xəstəxanalarda yerləşmələri isə ictimai qəzəbə səbəb olub.

Qaçqınlar isə əksinə, yerli sakinlər tərəfindən ayrı-seçkiliyə məruz qaldıqlarını və istismar edildiklərini deyirlər. 42 yaşlı Əmirə Ankatyadakı doğum evində türk həkim və tibb bacılarının müalicəyə gələn hamilə suriyalı qadınlara qarşı kobud olduqlarını deyir. O, yerli türklərin suriyalılara nifrət etdiklərini və onların pulsuz müalicə olunduqlarına görə narazılıqlarını bildirdiklərini bildirir.

Əmirə suriyalı hamilə qadınların söyülərək, təhqir edildiklərini deyir. O, hətta türk həkimin üç usağı olan suriyalı hamilə qadının hamiləliyinin qarşısını almaq üçün uşaqlıq borularını çıxarmağa razı olduqdan sonar ona yardım etdiyini bildirir. O, həkimin onsuz da suriyalıların Türkiyədə həddən artıq çox olduğunu dediyini deyir.

Türkiyədəki suriyalı qadın qaçqınların vəziyyəti çox ağırdır. Ərləri ya öldürüldüyünə ya da Suriyada döyüşmək üçün qaldıqlarına görə onlar ailəni saxlamağa məcburdurlar. Suriyalı qadınalrın tez-tez zorlandıqları və onların arasında fahişəliyin artdığı deyilir.

23 yaşlı Məryəm keçən il Anakya xəstəxanasında başına gələnlərdən danışır. O, ağır doğuşu olduğu üçün həkimlərin doğuşu Qeysər kəsiyi ilə etməkdən imtina etdiklərini deyir. Məryəm yalnız polisə müraciət etdikdən sonra ona əməliyyat edildiyini bildirir.

BMT-nin digər dövlətlərdən fərqli olaraq çox qaçqın qəbul etdiyinə görə Türkiyədən razılıq bildirsə də, düşərgdən kənarda yaşayan qaçqınların getdikcə ağırlaşan vəziyyətlərindən narahatdır.