Türkiyə hökuməti Suriyada Əsəd rejiminin devrilməsi kampaniyasını müdafiə edir



Türkiyə hökuməti müharibənin davam etdiyi Suriyada Əsəd rejiminin devrilməsi kampaniyasını müdafiə edir. Tükiyənin böyük şəhəri İstanbulda isə narazılıqlar hökm sürür. Hökumətin tənqidçiləri Suriyadan qaçqın axınının artdığı və baş nazir Rəcəb Tayyib Ərdoğanın Suriya müxalifətini dəstəklənməsindən şikayətlənir.

Onlar hökumətin siyasətinin ticarətə maneə törətdiyini və qaçqınların sayının artması ilə qeyri-sabitlik təhlükəsinin artdığından gileylənir.

BMT-nin Qaçqınlar Agentliyinin məlumatına görə, Türkiyənin 14 qaçqın düşərgəsində 100 min Suriya qaçqını məskunlaşıb. Bilgi Universitetinin siyasi elmlər üzrə alimi İlter Turan bildirir ki, bu çox baha başa gəlir. “Türkiyənin nə zamanadək sayı artmaqda olan qaçqınları saxlayacağını demək mümkün deyil."

Türkiyə-Suriya sərhədlərində isə demək olar ki, hər gün atəş mübadiləsi edilir. Sərhədlərə əlavə qoşun yerləşdirilməsi türkləri narahat edir.

Türkiyənin xarici işlər naziri Əhməd Davitoğlu dünya qüdrətlərini Suriyada zorakılıqların dayandırılması üçün münaqişəyə müdaxilə etməyə çağırıb. ABŞ prezidentliyinə namizədlər Barak Obama və onun respublikaçı rəqibi Mitt Romni də Suriya müxalifətini dəstəkləyir.

Prezident deyib ki, Suriyada baş verənlər ürək ağrıdır. “Buna görə əlimizdən gələn hər bir işi görüb, müxalifətə dəstək verməliyik. Lakin Suriyaya hərbi müdaxilə ciddi bir addımdır. "

Mitt Romni isə bildirib ki, Amerika rəhbərliyi üçün indi hərbi deyil, təşkilatçılıq yolu ilə bütün partiyaları bir araya gətirib, aralarından cavabdeh bir partiyanı seçmək vaxtıdır.

Münaqişənin baş qaldırmasından bəri ticarətdə tənəzzül müşahidə edilir. Bəzi şirkətlər indi əvvəllə müqayisədə ticarətin beşdə bir hissəsinin həyata keçirildiyini deyir.

Ərdoğan və onun hökuməti üçün beynəlxalq liderlik daxili problemlərə yol açıb. Bu problemlər isə günbəgün daha mürəkkəb xarakter alır.