Avropa İttifaqı yeni ölkələrə qapısını açır, Türkiyə isə hələ də kənarda qalıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Avropa İttifaqında 2030-cu ilədək ittifaqa qoşula biləcək yeni üzvlərdən bəhs edəndə, Türkiyədən söz düşmür.

Avropa İttifaqı çərşənbə günü namizəd ölkələrin Aİ normalarına doğru irəliləyişinə dair illik hesabatlarını dərc edərkən bütün gözlər Ukrayna və Moldovanın üzərində olacaq.

1999-cu ildən bəri rəsmi olaraq üzvlüyə namizəd Türkiyə demək olar ki, müzakirə edilməyəck. Amma bu hər zaman belə deyildi.

Aİ liderləri 2004-cü ildə Türkiyə ilə üzvlük danışıqlarının başlanmasını təsdiqlədikdən sonra Britaniyanın o zamankı baş naziri Toni Bleyr bunu sivilizasiyalararası toqquşma olmadığını göstərən tarixi hadisə kimi qiymətləndirdi.

Ancaq o zaman Avropa liderləri ikiyə bölünmüş Kipr adası ilə bağlı Ankara ilə mübahisə yaşadılar ki, bu böhran təlatümlü münasibətlərin xəbərçisi oldu.

Bu gün münasibətlər təfədaşlığa aparan yoldan daha çox tranzaksiya xarakteri daşıyır. Bununla belə ekspertlər münasibətlərin Ekspertlər hələ də münasibətlərin yaxşılaşa biləcəyi məhdud sahələrə işarə edirlər.

Bir çox Aİ-nə üzv ölkə üçün, uzun müddətdir dalana dirənmiş üzvlük danışıqları sadəcə sözdə mövcuddur. Sentyabrda uzun zamandır Türkiyənin üzvlüyünün əleyhinə olan Avstriya hətta prosesin sonlandırılmasına çağırıb.

Aİ rəsmiləri özəl olaraq bunun daha dürüst olacağını deyirlər, ancaq heç kim ilk addımı atmaq istəmir.

Türkiyədə may ayında keçirilən seçkilərdən sonra Aİ liderləri münasibətlərin yaxşılaşdırılmasına dair ümidlərini canlandırıblar. Onlar Aİ-nin icraedici qolu və xarici siyasət rəhbərinə münasibətləri inkişaf etdirməyin yolları ilə bağlı hesabat hazırlamağa göstəriş veriblər.

Hesabat Aİ liderlərinin dekabrda keçiriləcək növbəti sammitindən əvvəl hazırlanmalıdır, lakin ekspertlər və Aİ rəsmiləri əlaqələrdə hər hansı real yaxşılaşma gözləməməklə bağlı xəbərdarlıq edirlər.

“Mən münasibətlərin mənalı şəkildə canlanmasını gözləmirəm, çünki həqiqətən irəliləyiş əldə edilə biləcək məhdud sahələr var,” İstanbulda Sabancı Universitetinin beynəlxalq əlaqələr professoru Senem Aydn-Düzgit bildirir.

Avropa Parlamentinin Türkiyə üzrə xüsusi məruzəçisi Naço Sançez Amor bildirib ki, Avstriyanın şərhlərinin də göstərdiyi kimi, Avropada “Türkiyə yorğunluğu” mövcuddur.

“Qarşı tərəfdən demokratik standartlarda irəliləmək üçün real siyasi iradə olmadığı halda üzvlük prosesini canlı saxlamaqdan bezmişik,” Avropa Parlamentinin deputatı bildirib.

Aİ Türkiyəni demokratiya və hüququn aliliyi məsələlərində geriləməkdə ittiham edir, xüsusilə də 2016-cı ildəki çevrilis cəhdi və ardıncan onun iddia olunan tərəfdarlarına və hökumət əleyhdarlarına qarşı təzyiqlərdən sonra.

Münasibətlərin tranzaksiya xarakteri iki tərəf 2016-cı ildə Ankraraya 2015-ci il qaçqın böhranından sonra miqrantarın Avropaya keçməsinin qarşısını alması üçün milyardlarla dollar pul verməsindən sonra daha da dərinləşib.