Türkiyə Yaxın Şərq tərəfdaşlarını geri qazanmaq səylərini artırır

Türkiyənin Xarici İşlər naziri dərin gərgin münasibətləri bərpa etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Səfər Ankaranın bölgədəki artan təcridini dayandırmaq üçün daha geniş regional səylərinin bir hissəsidir.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Səudiyyə Ərəbistanına bazar ertəsi günü başlayan iki günlük səfəri bu ay Prezident Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Kralı Salman arasındakı telefon danışığından sonra baş tutub.

Səfər iki ölkə arasındakı artan rəqabət nəticəsində münasibətlərini tarixən ən aşağı səviyyəyə endiyi vaxta təsadüf edir. Türkiyə Səudiyyə Ərəbistanını ticarət embarqosunu tətbiq etməkdə günahlandırmışdı.

Türkiyə prezidentinin müşaviri Məsud Caşin Ankaranın indi hər şeyə sıfırdan başlamaq axtarışında olduğunu deyib.

"Türkiyə Səudiyyə Ərəbistanı ilə regional sülh və təhlükəsizlik üçün faydalı olan daha yaxın əlaqələr axtarır. Səudiyyə Ərəbistanı Türkiyə üçün çox əhəmiyyətlidir. Yalnız müsbət ab-hava və münasibətlərin bərpası niyyətindədir. Birincisi, ticarət sahəsində iqtisadi əlaqələri yaxşılaşdırmaq; Səudiyyə Ərəbistanının bəzi Türkiyə məhsullarının qadağan etməsi Türkiyə üçün çox yaxşı deyil, bu vəziyyəti düzəltməliyik" - deyə, o bildirib.

Ər-Riyad embarqo tətbiq etdiyini inkar edir, lakin Ankara krallığa ixracatın son bir ildə 90% azaldığını iddia edir.

Müşahidəçilər Ərdoğan və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın Yaxın Şərqdə regional liderlik uğrunda mübarizə apardıqlarını bildirir.

Səudiyyəli müxalif jurnalist Camal Xaşuqçinin 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda öldürülməsindən sonra Ərdoğan Ər-Riyadın məsuliyyətə cəlb edilməsi üçün edilən beynəlxalq çağırışlara rəhbərlik etmişdi. Ankara Xarici Siyasət İnstitutunun rəhbəri Hüseyin Bağcı Ərdoğanın bu səyləri dayandırdığını deyib.

"Tayyib Ərdoğan bu siyasətin davam edə bilməyəcəyini başa düşdü; onlar əməkdaşlığın qarşıdurmadan daha əhəmiyyətli olduğunu görürlər. Tayyib Ərdoğanın bir islamçı olaraq Səudiyyə Ərəbistanına fərdi simpatiyası həmişə olub. Onun üçün Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələrin olmaması qəbul edilməzdir" - deyə, Bağcı bildirib.