Ərdoğan Türkiyədə Putinlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib ki, o, Rusiyaya Qara Dəniz taxıl sövdələşməsini ən azı üç ay uzatması üçün təzyiq göstərir. Ərdoğan həmçinin Rusiya Prezidenti Vladimir Putinin avqustda ölkəyə səfər edəcəyini elan edib.

O, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. İki lider ötən il taxılların müharibəyə rəğmən Ukrayna limanlarından Qara Dəniz vasitəsilə təhlükəsiz ixracı üçün Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan sövdələşmənin aqibətini müzakirə edib.

Zelenski gələn həftə keçiriləcək sammitdə Kyivin alyansa üzvlüyü ilə bağlı konkret addımlar atmağa təşviq etmək məqsədi ilə bir neçə NATO ölkəsinin paytaxtına səfəri çərçivəsində Türkiyədən öncə Bolqarıstan və Çexiyada səfər edib. Ərdoğan Urkaynanın NATO-ya üzv olmağa layiq olduğunu deyib.

O bildirib ki, 17 iyul tarixində baş çatacaq olan Qara dəniz taxıl sövdələşməsini daha uzun müddətə uzatmaq üçün işlər aparılır. Onun sözlərinə görə gələn ay onun Türkiyədə Putinlə görüşü zamanı gündəmdəki ən əsas məsələlərdən biri bu sövdələşmə olacaq.

“Biz ümid edirik ki, o, hər iki aydan bir deyil, ən azı hər üç aydan bir uzadılacaq. Biz bu istiqamətdə səy göstərəcəyik və onun müddətini iki ilə qədər uzatmağa çalışacağıq,” Ərdoğan Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Hər iki lider deyib ki, onlar həmçinin Ərdoğanın Putinlə danışıqlarında müzakirə olunmalı başqa bir məsələni müzakirə ediblər ki, bu da məhbus mübadiləsidir. Zelenski bunun onların gündəmindəki əsas məsələ olduğunu deyib. “Ümid edirəm ki, yaxında bundan nəticə alacağıq,” Ərdoğan deyib.

Zelenski şərh vermək üçün nəticələri gözləyəcəyini deyib, ancaq müzakirələrdə bütün əsirlərin, o cümlədən Rusiyaya deportasiya edilmiş uşaqlar və digər qrupların qaytarılması ilə bağlı konkret məqamlara toxunulduğunu açıqlayıb.

“Biz bütün əsirlərin, o cümlədən siyasi məhbusların, Krım tatarlarının qaytarılması üzərində işləyirik,” o deyib. “Bizim tərəfdaşlarımızda bütün siyahılar var. Biz bunun üzərində çox işləyirik.”

Ərdoğan bildirib ki, o bu məsələ Rusiya lideri ilə onun səfərindən öncə başqa təmaslarında da müzakirə edəcək. “Ondan öncə telefon söhbətlərimiz olsa, biz həmin telefon danışıqlarında da bunu müzakirə edəcəyik,” o deyib.

Kreml danışıqları yaxından izləyəcəyini bildirib və deyib ki, Purin Ərdoğanın Ukraynadakı münaqişəi həll etmək üçün vasitəçilik səylərini yüksək qiymətləndirir.

“Putinlə Ərdoğan arasında gələcək təmaslara gəldikdə, biz onları yaxın gələcəkdə istisna etmirik,” Kremlin sözçüsü Dmitri Peskov Ərdoğan və Zelenski arasında cümə günü İstanbulda başlayan danışıqların ərəfəsində jurnalistlərə deyib.

Taxıl sövdələşməsinin həyata keçirilməsinin aspektlərindən qəzəblənən Rusiya onun iyulun 17-dən sonra uzadılmasına icazə verməməklə hədələyib.

NATO üzvü olan Türkiyə son 16 ayda həm Rusiya həm də Ukrayna ilə səmimi əlaqələri qoruyub-saxlaya bilib və ötən il məhbus mübadiləsinə vasitəçilik edib.

Türkiyə Qərb müttəfiqlərinə qoşularaq Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyib, amma Ukraynanı silahlarla təmin edib və suverenliyinə hörmət edilməsinə çağırıb.