Türkiyə prezidenti Ərdoğan Afinada səfərdədir

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Afina, Yunanıstan. 20 sentyabr, 2023.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Afinaya səfər edir. Yaxından izlənilən bu görüş illərlə davam edən gərginlikdən sonra NATO müttəfiqləri və tarixi rəqiblər arasında “yeni səhifəyə” cəhd kimi qiymətləndirilir.

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Prezident Katerina Sakellaropolo ilə görüşlərdə, Türkiyə liderinin ticarət, regional məsələlər və illərdir davam edən miqrasiya məsələsini müzakirə edəcəyi gözlənilir.

Ərdoğan cümə axşamı beş saatlıq səfərindən öncə Yunanıstanın gündəlik Kathimerini qəzetinə verdiyi müsahibədə deyib ki, o, münasibətlərdə hər iki tərəfin qazanması prinsipinə əsaslanan “yeni səhifə” açmaq istəyir.

Ankara 2016-cı ildə Avropa İttifaqı əldə olunan razılıqdan bəri miqrantların sığınacağı kimi xidmət göstərir. Mitsotakis və digər Aİ liderləri bu razılığı yeniləməyi ümid edir.

Ərdoğanı müşayiət edən diplomatlar da yunan həmkarları ilə Egey dənizində Yunanıstan-Türkiyə arasında uzun müddətdir davam edən ərazi mübahisələri məsələsini müzakirə edirlər.

Ərdoğan Egey dənizinin suverenliyini təyin edən əsrlik müqavilələri sual edib və Türkiyə və Yunanıstanın döyüş təyyarələri mübahisəli hava məkanında mütəmadi olaraq süni qarşıdurma aparır.

Aralıq dənizinin şərqində hidrokarbon ehtiyatlarının aşkar edilməsi əlaqələri daha da çətinləşdirib. Belə ki, Ankara 2019-da Liviya ilə mübahisəli dəniz zonası müqaviləsi imzalayaraq Afinanı qəzəbləndirib.

Münasibətlər bundan sonrakı iki ildə daha da psiləşib və nəticədə Mitsotakis hərbi dəniz və hava qüvvələrinin texnikasında artım elan edir və Fransa və Birləşmiş Ştatlarla müdafiə sazişləri imzalayıb.

2020-ci ildə Afina Ərdoğanın minlərlə miqrantı Yunanıstana keçməyə cəhd etməyə təşviq etdiyini və bunun sərhədçilərlə günlərlə qarşıdurmalara səbəb olduğu düşünülürdü.

Həmin zamanı bu addım Türkiyənin Aİ-nin diqqətini Türkiyədəki milyonlarla sığınacaq axtaran şəxsə cəlb etmək cəhdi kimi şərh edilmişdi.

Ərdoğan həmçinin Yunanıstana qarşı getdikcə daha çox təhrikedici ritorikadan istifadə edib.

Keçən il o, Yunanıstanı Egey adalarını “işğal etməkdə” günahlandırıb və “Dediyimiz kimi, bir gecə qəfil gələ bilərik” deyərək hədələyib.

Ancaq münasibətlər fevral ayında Yunanıstan ən azı 50 min insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Türkiyəyə xilasedici və yardım göndərəndən sonra düzəlib.