Türkiyənin müxalifət partiyası Ordunun vəzifələrinə dair qanuna dəyişikliklər təklif edib

Türkiyənin müxalifət partiyası Ordunun vəzifələrinə dair qanuna dəyişikliklər təklif edib

Cumhuriyyət Xalq partiyasının bu gün təqdim etdiyi təklif silahlı qüvvələrin vəzifəsininTürkiyə və Türkiyə respublukasını qorumaq və müdafiə etmək olduğunu deyən Ordunun vəzifələrinə dair qanunun 35-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutur

Türkiyənin aparıcı müxalifət partiyası parlamentə silahlı qüvvələrin dövlət çevrilişinə bəraət qazandırmaq üçün istifadə etdiyi qanun maddəsinə dəyişikliklər edilməsi haqda təklif verib.

Cumhuriyyət Xalq partiyasının bu gün təqdim etdiyi təklif silahlı qüvvələrin vəzifəsininTürkiyə və Türkiyə respublukasını qorumaq və müdafiə etmək olduğunu deyən Ordunun vəzifələrinə dair qanunun 35-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutur. Təklif olunan dəyişiklik silahlı qüvvələrin vəzifəsini ölkəni və respublikanı funksional demokratik partlament sistemi və konstittusiyaya uyğun olaraq müdafiə etmək kimi müəyyən edir.

Türkiyə silahlı qüvvələri 1960 və 1980-ci illərdə 35-ci maddəni əsas götürərək dövlət çevirilişinə bəraət qazandırmışdı.