Analitiklərin fikrincə Fələstin prezidenti Mahmud Abbasın Türkiyəyə səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə əlaqələri yaxşılaşdırmağa çalışdığı bir vaxt əminlik əldə etməkdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə Fələstin lideri Mahmud Abbasın güclü tərəfdaşı olub.
Ərdoğanın indi İsraillə yaxınlaşma səylərini göstərdiyi bir vaxt İsrailin iyulun əvvəlində Cenin qaçqın düşərgəsində fələstinli militantlara qarşı həyata keçirdiyi hərbi əməliyyatlara Türkiyə səssiz qaldı. Kadir Has Universiteti Beynəlxalq Əlaqələr üzrə professoru Soli Özel: "İsrail hərbçiləri tam gücü ilə silahlı dronlarla Cenindəki qaçqın düşərgəsinə hücum edib. Hələlik neçə nəfərin öldüyünü dəqiq bilmirik. Formal etirazlar və Xarici İşlər Nazirliyinin qınamalarından başqa, mən bu barədə başqa nəsə nə oxumamışam, nə də eşitməmişəm".
Ərdoğanun keçən il İsrail prezidenti İsaak Hersoqu qəbul etməsindən sonra Türkiyənin İsraillə əlaqələri yaxşılaşdırmaq səyləri sürətlənib.
Ərdoğan Mahmud Abbasın səfərindən sonra İsrailin baş naziri Binyamin Netanyahunu qəbul etməlidir.
Abbasın məqsədi Türkiyənin yəhudi dövləti ilə yaxınlaşma səyləri ilə bağlı Fələstinin narahatlığını azaltmaqdır. Ərdoğanın dediyinə görə, bu, fələstinlilərin xeyrinə olacaq.
Bir çox müşahidəçi isə həmişə olduğu kimi İsrail-Fələstin sülh prosesinin canlandırmaq üçün hər hansı səylərə skeptik yanaşır.
Bəzi analitiklər Fələstin məsələsinə gəldikdə Ankaranın İsrail üzərindəki təsirinin diplomatik münasibətlərin pozulması ilə itdiyini hesab edir. Digərləri isə uğurlu yaxınlaşmanın İsrailin son repressiyalarında göründüyü kimi, zorakılığın miqyasını cilovlamağa yardım edə biləcəyini deyir. Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qallia Lindenştrauss: "İsraillilərlə fələstinlilər arasında hər hansı ciddi problem Türkiyə-İsrail münasibətlərinə mənfi təsir göstərə bilər. Bu əməliyyatlar cəmi iki gün davam edib. Bu, daha kiçik problemdir. Uzun əməliyyat, qanlı əməliyyat böyük problem ola bilər".
Təhlilçilər deyirlər ki, fələstinlilər Ərdoğandan yalnız dəstəklə bağlı zəmanət vermək deyil, həm də bunu ictimaiyyət qarşısında bəyan etməsini istəyir.