Türkiyədə nümayişlər davam edir

Ankara və İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğan hökuməti əleyhinə nümayişlərdən sonra sakitlik hökumət əleyhinə olan fəalların daha bir yürüşü ilə pozulub.

Paytaxt Ankarada 1500 adamın nümayişi gözyaşardıcı qazla dağıdılıb.

Nümayişçilər Ərdoğanın istefasını tələb edib.

Türkiyənin baş naziri aksiyaların daha əvvəlki günlərində zorakılıqlara talançıların səbəb olduğunu deyib.

Ərdoğan şəhərdə yenidənqurma işlərinin dayandırılması çağırışlarını rədd edib. Baş nazir deyib ki, yeni məscidin inşası da daxil edilməklə, tikinti layihəsinin həyata keçirilməsi üçün bir qrup talançıdan icazə alınmayacaq.



Ankarada nümayişçilər maşınları və binaları yandırıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Eirazlar İsrtanbulun Taksim meydanında keçirilən nümayişlə vüsət alıb.

Türkiyənin daxili işlər naziri Müəmmar Gülər 900-dən artıq insanın həbs edildiyini bəyan edib.

Nazir Türkiyənin 48 şəhərində 90 etiraz aksiyası keçirildiyini deyib. Hökumət nümayişçilərə qarşı qəddar rəftarına görə beynəlxalq tənqidlərə məruz qalıb.

Müəmmar Gülər polisin ölçüləri ilə bağlı istitaq aparıldığını bəyan edib.

Türkiyə mətbuatı aksiyaları nümyişçilərin qələbəsi adlandırıb.

Qarşıdurmalar nəticəsində 26 polis işçisi, 53 vətəndaş xəsarət alıb.

ABŞ Dövlət Departamenti Türkiyənin üzunmüddətli sabitlik, təhlükəsizlik və rifahının söz azadlığı və azad toplaşma hüquqlarını zəmanət altına alacağına inandığını bildirib.