Türkiyə nüvə elektrik stansiyalarının inşası səylərini gücləndirir

  • Amerikanın səsi

Fəallar Türkiyə hökumətinin nüvə elektrik stansiyasının inşa edilməsinə planına etiraz edir

Yaponiyada Fukişima Daiçi nüvə eletkrik stansiyasında zəlzələ və sunami nəticəsində baş vermiş qəzaya baxmayaraq, Türkiyə özünün ilk nüvə elektrik stansiyasını inşa etmək planından imtina etmir.

İstanbulun ən məşğul küçələrindən birində minlərlə insan Türkiyənin nüvə enerjisi proqramı əleyhinə nümayiş keçirilib. Aksiya Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın ölkədə nüvə elektrik stansiyasının inşa ediləcəyini elan etməsindən sonra keçirilib.

Nümayişçilər mitinqə insanlar arasında inamsızlıq və qorxunun səbəb olduğunu deyirlər. “Mən onun nəyə görə bu qədər inadkar olduğunu başa düşmürəm. Fəlakət baş verib, onun isə vecinə deyil. Bu, inanılmazdır. Böyük təhlükə var. Çernobılda xərçəngə görə təhlükə mövcuddur, mən uşağımın təbii və sağlam mühitdə böyüməsini istəyirəm”-deyə nümayişçilərdən biri bildirib.

Yaponiyada baş vermiş qəza türklər arasında böyük narahatlıq doğurub. Nüvə qəzasının nəticələri ölkədə ilk dəfə 1986-cı ildə Çernobıl nüvə elektrik stansiyasından radioaktiv maddələr hər tərəfə, o cümlədən Qara dənizinə də yayılanda hiss edilmişdi. İnsanlara evdən çıxmamaq məsləhət görülmüşdü, o zaman prezident olan Kenan Evren isə “radiasiya sümüklərə xeyirdir” demişdi.

Türkiyə dünyanın ən fəal seysmik regionunda yerləşir, ölkə ərazisinin 90 faizində zəlzələlər baş verir.

1999-cu ildə İstanbulun yerləşdiyi regionda güclü zəlzələ baş vermişdi, 30 000 insan o zaman həyatını itirmişdi.

Lakin Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan risklərin dərəsəsini azlatmağa çalışır. Almaniya və Çin kimi nüvə enerjisindən istifadə edən aparıcı ölkələrdə nüvə proqramları dayandırıldığı halda, baş nazirin mövqeyi daha da artıq tənqidlər doğurur.

Ətraf mühitin mühafizəsi ilə məşğul olan Greenpeace təşkilatını təmsil edən Pınar Aksogan belə bir fikir irəli sürü ki, Yaponiyada fəlakət nüvə enerjisinin heç bir vaxt təhlükəsiz olmadığını göstərir.

“Nüvə enerjisinin təhlükəsiz olmamasının üç səbəbi var: təbii fəlakətlər, insanların səhvləri və inşa zamanı yol verilən xətalar. Bu üç şeyin qarşısını almaq heç vaxt mümkün olmayacaq. Bu tamamilə aydındır ki, bütün dünya nüvə stansiyalarının inşasını yenidən nəzərdən keçirir. Buna görə də Türkiyənin inşa planlarına təkid etməsi məntiqi deyil”-deyə o bildirir.

Türkiyə üç nüvə reaktoru inşa etməyi planlaşdırır. Bunlardan birinin inşası aprel ayında başlamalıdır.

Proqramla ölkədə iqtisadiyyatın sıçrayışlı inkişafı nəticəsində enerjiyə artan tələbatı təmin etmək nəzərdə tutulur.

Türkiyə prezidenti Abdulla Gül də artan narahatlıq fonunda proqramı davam etdirməyin vacibliyini vurğulayıb.

Ekspertlərin fikrincə, neft və qazın 95 faizini idxal edən Türkiyə üçün enerji olduqca vacibdir. Bu idxalın əsas hissəsinin İran, İraq və Qafqaz regionundan gəldiyi nəzərə alınsa, enerjinin təhlükəsizlik və iqtisadi səbəblərə görə əhəmiyyəti tamamilə aydın olur.

Türkiyənin nüvə enerjisi proqramı ilə əlaqədar yaranmış ziddiyyətlər ölkə xaricində diqqətsiz qalmayıb. Türkiyənin Avropa İttifaqının üzvü olan qonşusu Yunanıstan Ankaranın nüvə proqramını davam etdirməsi ilə əlaqədar narahatlığını ifadə edir. Türkiyənin ilk nüvə elektrik stansiyası Aralıq dənizində, Yunanıstanın adalarına yaxın Akkuyuda yerləşməlidir. Akkuyu isə hökumətin etiraf etdiyi kimi, seysmik zonaya çox yaxındır. Burada demək olar ki hər gün yer titrəyişləri baş verir. 1998-ci ildə buraya yaxın olan Adanada Rixter şkalası üzrə 6,2 bal gücündə zəlzələ baş vermişdi.

Afina Türkiyəni Avropa İttifaqının həssas yerlərdə nüvə reaktoru inşa etməyə qadaga qoyan enerjiyə dair qaydalarına riayət etməyə çağırır. Lakin Ankara Avropa İttifaqına üzvlüyə namizəd olsa da, bu çağırışları rədd edərək, üzv olmadığı üçün qaydaların ona aid olmadığını bildirir.