Türkiyədə itkin düşən amerikalı qadının cəsədi tapılıb


Türkiyədə yanvarın 21-dən itkin düşən amerikalı Sara Syerranın İstanbulda cəsədi tapılıb. Türkiyə mətbuatının verdiyi xəbərlərə görə 33 yaşlı nyu-yorklu Sara Syerrayanın cəsədi İstanbulun Sarayburnu hissəsində aşkar edilib.Polis qadının başından yaralandığını və onun şəxsiyyət vəsiqəsinin üstündə olduğunu bildirib.

Amerikalı turistun ölümünün səbəbi hələ müəyyən edilməyib. Polis qadının başqa bir yerdə öldürülüb sonradan cəsədin hadisə yerindən şəhərin Sarayburnu hissəsinə gətirilə bildiyini ehtimalını irəli sürüb.

İstanbul polisi Syerranın tapılması üçün xüsusi birləşmə yaratmışdır. Polis şəhərdə yerləşdirilmiş təhlükəsizlik kameraları vasitəsilə aparılmış çəkilişlərə yenidən baxılmasını nəzərdə tutur. Hadisə ilə əlaqədar bir neçə şəxs ifadə verilmək üçün polis məntəqəsinə aparılıb.

Sara Syerra ailəsi ilə sonuncu dəfə yanvarın 21-də itkin düşdüyü gün əlaqə saxlamışdı. O, bir gün sonra Birləşmiş Ştatlara qayıtmalı idi. Sara Syerra iki uşaq anası idi. Həvəskar fotoqraf olan Sara Syerra Türkiyəyə yanvarın 7-də səfər etmişdi.

Turistlərin yoxa çıxması hallarının çox nadir olduğu Türkiyədə amerikalı qadının itkin düşməsi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.