Türkiyədə polislə kürd nümayişçilər arasında qarşıdurma olub

Türkiyənin Diyarbəkir bölgəsində polislə kürd nümayişçilər arasında qarşıdurmalar nəticəsində 12 adam həlak olub.

Nümayişçilər hökumətin Suriyada İŞİD-lə mübarizə aparan kürdlərə yardım etməsini tələb edir.

8 nəfər Diyarbəkir, qalanları isə Mus, Siirt və Batman şəhərlərində həlak olub.

Türkiyə parlamenti keçən həftə İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatlara dair qərarı təsdiq edib. Lakin qüvvələr hələ də Kobani şəhərindəki döyüşlərə qatılmaq üçün sərhədləri keçməyib.