İsrail rəsmiləri Türkiyədə səfərdədir

Görüş zamanı 2010-cu ildə Qəzza zolağına səfər edən gəmidə həlak olan türk vətandaşlarına kompensasiya ödənməsi müzakirə edilib
Israil rəsmləri 2010-cu ildə Qəzza zolağına humanitar yardım aparan gəmiyə reyd zamanı həlak olanlara kompensasiya məsələsini müzakirə etmək üçün Türkiyədədir.

İsrail komandosları gəmidə olan doqquz türk fəalını qətlə yetirmişdi. İsrail Həmas yaraqlılarının silahlanmasının qarşısını almaq üçün Qəzzanı blokadada saxlayır.

Ankarada keçirilən görüş Türkiyə və İsrail arasında diplomatık əlaqələrin bərpası səylərinin bir hissəsidir.

Türkiyə İsraildən reydə görə üzr istəməyi, həlak olanlara kompensasiya ödəməyi və Fələstinlərə qarşı məhdudiyyətləri qaldırmağı tələb etmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu keçən ay Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğana zəng edərək üzr istəyib. ABŞ prezidenti Barak Obama İsrailə səfəri zamanı buna vasitəçilik edib.