Türkiyə İŞİD-ə qarşı bazalarından istifadə edilməsinə icazə verib

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri deyib ki, Türkiyə Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinə Suriya və İraqdakı İslam Dövlətinin yaraqlılarına qarşı əməliyyatlar həyata keçirmək üçün ölkəsindəki bazalardan istifadə etməsinə icazə verib.

Rəsmilər Türkiyənin Suriya ilə sərhədindən 100 kilometrlik məsafədə yerləşən İncirlik Hava Bazasının da razılığa daxil ediləcəyinə ümid edir.

Müdafiə Naziri Çak Heyql deyib ki, bazadan istifadə ABŞ-ın Türkiyəyə etdiyi müraciətinə daxildir.

Pentaqon rəsmiləri bu həftə planı müzakirə etmək üçün Türkiyəyə səfər etməlidir. Bu görüş ötən həftə təqaüddə olan ABŞ generalı Con Allen və Dövlət Departamentinin rəsmisi Brett Makqurkun iştirakı ilə Türkiyədə keçirilən danışıqların davamıdır.

ABŞ avqustun sonu İraqda İslam Dövləti qrupuna qarşı hava hücumlarına başlayıb və ötən ay Suriyada bir neçə müttəfiq ölkələrlə hücumları davam etdirir.

Bu arada, bu gün ABŞ və Səudiyyə Ərəbistanı bu gün İslam Dövləti yaraqlılarının Kobani yaxınlığındakı mövqelərini hədəf alıb. Kobani üzərindəki tüstü Türkiyə əraziisindən müşahidə edilib.

Hava zərbələri İŞİD-in ağır silahlarının yerləşdiyi bölgəni dağıdıb. Daha 3 hava hücumu cihadçıların nəzarətində olan iki binanı da hədəf alıb.

Kobani rəsmilərindən biri yaraqlıların şəhəri üç tərəfdən mühasirəyə aldığını bildirib. Lakin şəhərinTürkiyə ilə sərhəd şimal bölgəsinin nəzarəti itirilərsə, Kobani ilə əlaqənin tam kəsiləcəyindən ehtiyat edilir.