Türkiyənin 5 nəfər yüksək səviyyəli iş adamı vertolyot qəzasında həlak olub. Media məlumatlarında bildirilir ki, içərisində 7 nəfər olan Sikorski S-76 vertolyotu Atatürk hava limanından qalxdıqdan sonra duman səbəbindən televiziya qülləsinə dəyərək, maqistral yola düşüb.
CNN-Türk rəsmilərə istinadən vertolyotda 2-si pilot olmaqla, 3 türk, 4 nəfərin isə xarici vətəndaş olduğunu bildirib.
Özəl Doğan xəbər agentliyinin bildridiyinə görə, vertolyot İstanbulun Böyükçəkməcə mahalında qəzaya uğrayıb.
Vertolyotun parçalarının yol kənarına səpələndiyi, yerdə xəsarət alanların olmadığı bildirilir.