Türkiyədə həbs dalğasına start verilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü hərbi qiyamın yatırılmasının ardınca dərhal düşmənlərinin həbs kampaniyasına start verib. Kampaniya çərçivəsində bir neçə hakim və ordu nümayəndəsi nəzarət altına alınıb. Bu gün daha 52 əsgər azadlıqdan məhrum olunub.

Türkiyədə hərbi çevrilişə cəhdə görə 6 minə yaxın şəxs həbs olunub. Bu rəqəm artacaq.

Bunu iyulun 17-də ədliyyə naziri Bekir Bozdağ deyib.

Həbs olunanlar arasında 50-dən çox yüksək rütbəli hərbçi, 400-dən artıq prokurorluq əməkdaşları və hakimlər də var. 3000-ə yaxın hakim isə işdən çıxarılıb.

Onlar buna görə ağır bədəl ödəyəcəklər.
Rəcəb Tayyib Ərdoğan

İstanbulun Atatürk hava limanında Ərdoğan qiyamda iştirak edənlərin ağır cəzalandırılacağını bildirib.

"Bu üsyan Allahdan bizə hədiyyədir, çünki bu, bizim ordunu təmizləmək üçün səbəb olacaq," deyə o, tərəfdarları qarşısında bəyan edib.

Bir çox regional təhlilçilər hesab edirlər ki, prezident bu imkandan istifadə edərək prezident səlahiyyətlərini genişləndirəcək, və təkcə silahlı qüvvələri deyil, başqa təsisatları da öz hakimiyyətinə qarşı çıxmaqda şübhəli bilinən adamlardan təmizləyəcək.

Your browser doesn’t support HTML5

Türk hərbçilər həbs olunur

Türkiyə baş naziri Binəli Yıldırım hərbi və ədliyyə orqanlarının rəhbərləri ilə birgə dayanaraq bəyanat verir.

Hökumət həbsləri genişləndirməkdə əzmli görünür. Ordu ilə bərabər, məhkəmə strukturları da hədəfdədir. Ötən sutka ərzində 2,700 hakim vəzifəsindən uzaqlaşdırılıb. Ankarada 200 ali məhkəmə rəsmisi saxlanılıb. Bunlardan 140-ı Ali Məhkəmə, 48-i Dövlət Şurasının üzvləridir.

Baş nazir Binəli Yıldırım öz hökumətinin edam cəzasını bərpa etməyi nəzərdən keçirdiyini elan edib. Yıldırım bu qərarın “bir də belə hadisənin baş verməsinin qarşsını almaq” üçün nəzərdən keçirildiyini bəyan edib.