Şənbə günü Türkiyədə raket və partlayıcı maddələr zavodunda baş verən partlayış binanın uçmasına səbəb olub və içəridə olan 5 işçinin hamısı həlak olub. Bu barədə rəsmi məlumat verib.
Qubernator Vasip Şahid müxbirlərə deyib ki, partlayış səhər saat 8:45 radələrində paytaxt Ankara yaxınlığında dövlətə məxsus Maşınqayırma və Kimya Sənayesi Korporasiyasının zavodunda baş verib.
Şahinin bildirdiyinə görə, parlayışa çox güman ki, dinamit istehsalı zamanı kimyəvi rekasiya səbəb olub. Onun sözlərinə görə, prokurorlar rəsmi araşdırmaya başlayıblar.
NTV televiziyasın görüntülərində binadan havaya boz tüstünün çıxdığı, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə maşınlarının gəldiyi göstərilib.
Xəbərdə bildirilib ki, yaxınlıqdakı ev və mağazaların pəncərələi güclü partlayış səbəbilə dağılıb.