Türkiyə prezidenti 2.5 milyon suriyalı miqrantın ölkədən çıxarılacağına dair təhdidlərini təkrar edib.
Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının prezidenti Jan Klod Cunkerlə söhbəti zamanı Türkiyəyə yardım göstərilməsə qaçqınların ölkədən çıxarılcağına dair dediklərini təsdiq edib.
Ankarada keçirilən biznes forumunda Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının prezidenti Jan Klod Cunkerlə söhbəti zamanı Türkiyəyə yardım göstərilməsə qaçqınların ölkədən çıxarılcağına dair dediklərini təsdiq edib.
BMT Suriyada iş görmək əvəzinə Türkiyəni daha çox qaçqın qəbul etməyə çağırır.Rəcəb Tayyib Ərdoğan
Ötən noyarb ayında Yunanıstanın veb səhifələrinin birində və bəzi qəzetlərdə buna dair xəbər yayılmışdı.
Ərdoğan Türkiyə hüquqlarını və qaçqınları müdafiə etdiyini bildirib.
Türkiyənin dövlət başçısı BMT-nin ölkələri qapılarını qaçqınlara açmağa çağırmaq əvəzinə Suriyada fəaliyyət göstərdiyinə görə tənqid edib.
Ərdoğan BMT-yə üzv ölkələri ciddi qaçqın axını ilə üzləşən Türkiyəyə yardım göstərməyə çağırıb.