Türkiyə Nəcməddin Ərbakanı son mənzilə yola saldı

Türkiyə Nəcməddin Ərbakanı son mənzilə yola saldı

Cənab Ərdoğan mərhumu müəllim və lider adlandıraraq onun həmişə yaddaşlarda qalacağını bildirib

On minlərlə türk bu gün Türkiyənin ilk islamçı baş naziri və ölkənin islamçı hərəkatının lideri Nəcməddin Ərbakanı son mənzilə yola salmağa toplaşıb.Dəfn mərasimi İstanbul məscidində təşkil edilib. O, bazar günü 85 yaşında ürək xəstəliyindən vəfat edib.Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyip Ərdoğan mərasimdə iştirak etmək üçün Avropaya səfərini yarımçıq qoyub. Cənab Ərdoğan mərhumu müəllim və lider adlandıraraq, onun həmişə yaddaşlarda qalacağını bildirib. Cəmi bircə il baş nazir vəzifəsində çalışan Nəcməddin Ərbakan 1997-ci ildə Türkiyə ordusu tərəfindən dünyəvi Türkiyəyə təhlükə kimi vəzifəsindən kənarlaşdırılmışdı.