Türkiyə İsveç müdafiə nazirinin Ankaraya planlaşdırılan səfərini ləğv edib

İsveçin müdafiə naziri Piter Hulqvist. Brüssel. 12 oktaybr, 2022.

Türkiyə İsveç müdafiə nazirinin Ankaraya planlaşdırılan səfərini ləğv edib, çünki bu Skandinav ölkəsi Stolkholmda etirazçılara Türkiyə səfirliyinin önündə Türkiyə əleyhinə nümayiş keçirməyə icazə verib.

Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, İsveç müfadiə naziri Pal Consonun yanvarın 27-ə planlaşıdırılan səfərinin “heç bir mənası yoxdur,” çünki İsveç “iyrənc” Türkiyə əleyhinə nümayişlərin qarşısını almaq üçün heç bir addımlar atmayıb.

İsveç NATO üzvü olmaq istəyir. NATO üzvü olan Türkiyə İsveçin alyansa qoşulmaq müraciətini təsdiqləməyi yubadır, çünki İsveç nümayişlərin keçirilməsinə icazə verməyə davam edir. “Ölçülər götürülməli idi,” Akar Türkiyə müdafiə nazirliyinin bəyanatında bildirib.

Türkiyə cümə günü İsveçdə planlaşdırılan etirazlarla və nümayişlər zamanı Quranın yandırılmasının planlaşdırılması üilə əlaqədar İsveçin səfirini dəvət edib.