Türkiyə və Britaniya Ukrayna taxılının daşınması üçün əməkdaşlıq edəcəklərinə söz veriblər

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Britaniya xarici işlər naziri Lizz Truss

Türkiyə Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynadan taxıl oğurladığına dair ittihamları araşdırmağı vəd edib, Britaniyanın xarici işlər naziri Lizz Truss isə “təcili” qlobal ərzaq böhranı zamanı yardım etməyi təklif edib.

Truss iyunun 23-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra deyib ki, qlobal taxıl böhranı “növbəti bir ay ərzində həll olunmalıdır, əks təqdirdə biz bunun dağıdıcı nəticələrini görə bilərik.”

Beynəlxalq ictimaiyyət Rusiyanı Ukrayna taxılının ixracına icazə verməyə çağırır, Kyiv isə Moskvanı Qara Dəniz limanlarını bloklamaqda günahlandırır.

Bu iki ölkə dünyanın ən böyük buğda ixracatlarındandır və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayırlar. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə taxıl tədarükünü pozulması həmçinin qlobal ərzaq qiymətlərində kəskin artıma səbəb olub.

“Aydındır ki, Ukrayna limanları qorunmalıdır. Kommersiya gəmiləri üçün təhlükəsiz keçid olmalıdır. Birləşmiş Krallıq taxılın təhlükəsiz şəkildə çatdırılması üçün tədbirlərin görülməsini təmin etmək üçün bütün bu cəbhələrdə öz təcrübəmizi təklif edir,” Truss deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə Ruisya və ya hər hansı başqa bir ölkənin oğurladığı taxılların ərazisinə daxil edilməsinə icazə verməyəcək.