Türkiyədə daha bir zəlzələ

Türkiyənin ən populyar turizm bölgələrinin birində - Muğlada zəlzələ olub.

Bu barədə Türkiyənin "Milliyet" qəzeti yazır.

Bodrum və Milas ilçeləri də daxil olmaqla, sahil ərazilərində Rixter şkalası ilə 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

5 kilometr dərinlikdə baş vermiş zəlzələ Bodrum və Milasda daha çox hiss olunub. İnsanlar evlərini tərk edərək küçələrə çıxıb.

Bodrumun hakimiyyət orqanları zəlzələ nəticəsində heç kimə ziyan dəymədiyini bildirib.

İyul ayında da Türkiyədə zəlzələ olmuşdu.