Türkər Qasımzadə: Vətənə qayıtmağı həmişə düşünürdüm

  • Nərminə Cəlalqızı

Türkar Qasımzadə

Musiqi sənətləri doktoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektorunun Professional İnkişaf üzrə müşaviri, eləcə də "Kadenza" orkestrinin bədii rəhbəri, bəstəkar Türkər Qasımzadə ilə müsahibə.

Your browser doesn’t support HTML5

Turkər Qasımzadə ilə müsahibə

Amerikanın Səsinə müsahibəsində Türkər Qasımzadə xaricdə aldığı təhsildən, fəaliyyətlərindən və illərdən sonra Azərbaycana qayıdaraq, fəaliyyətini vətəndə davam etdirməsindən danışıb.

Türkər Qasımzadə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirdikdən sonra, sənədlərini Nyu-Yorkda yerləşən Manhettan Musiqi Məktəbinə təqdim edib və magistratura dərəcəsini həmin məktəbdə alıb.

Manhettan Musiqi Məktəbini bitirdikdən sonra o, sənədlərini ABŞ-ın Ohayo ştatındakı Sinsinati Universitetinə təqdim edib və təhsilini orada davam etdirib. Bu universitetdə o, Musiqi Sənətləri Doktoru dərəcəsini qazanıb.

Amerikada və digər ölkələrdə uzun illər çalışan Türkar Qasımzadə 2021-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dəvəti ilə Aərbaycana qayıdır. Hazırda o, universitetin rektorunun Professional İnkişaf üzrə müşaviridir. Tükar müəllim eləcə də özünün təşkil etdiyi "Cadenza" orkestrinin bədii rəhbəridir.