Türkdilli dövlət başçılarının görüşü keçirilir [Fotoqalereya]

Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan prezidentləri

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası işinə başlayıb
Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilir.

Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan prezidentləri iştirak edir.

Dövlət başçılarının toplantısından öncə Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası olub.

Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu deyib ki, bu ilki zirvənin əsas mövzusu turizmdir. “Biz turizmi eyni dili danışan, mədəniyyəti, adət-ənənələri eyni olan ölkələrimizin daha yaxınlaşması baxımından bir vasitə hesab edirik. Əsrlər boyu “İpək Yolu”nun bir parçası olmuşuq. Bəşəriyyət və xalqlar arasında əlaqələrin yaranması və inkişafında “İpək Yolu”nun böyük rolu olub”, o qeyd edib.

Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidentinin Qazaxıstan, Türkiyə və Türkmənistan prezidentləri ilə ikitərəfli görüşləri olub.

Türkdilli dövlət başçılarının görüşü keçirilir