Turan İbrahimin sözlərinə görə, bir neçə ay əvvəldən sağ gözündə problemlər yaranmış Məmməd İbrahimin səhhəti getdikcə daha da pisləşir.
Your browser doesn’t support HTML5
''Hazırda bir gözü təmamilə tutulub. Ciyərlərində isə bərkimə gedir və böyrəyində kista əmələ gəlib. Həkimlər bildirib ki, əməliyyat olunmalıdır.''
Hazırda bir gözü təmamilə tutulub. Ciyərlərində isə bərkimə gedir və böyrəyində kista əmələ gəlib. Həkimlər bildirib ki, əməliyyat olunmalıdır.
Turan İbrahim əlavə edib ki, Penitensiar Xidmətin müalicə müəssisində Zərifə Əliyeva adına göz klinikasından gələn həkimlər tərəfindən yoxlanış keçirilib.''Gözündəki problem ciddidir. İstifadə elədiyi dərmanlar bir neçə günə effekt verməsə əməliyyat olunmalıdır. Bu həkimlər isə heç bir dərman yazmayıb, xəstəlik haqqında heç bir kağız verməyiblər. Penitensiar Xidmətin baş həkimi özü bildirmişdi ki, buna mütləq mütəxəssis dəvət olunmalıdır.''
AXCP Gənclər Partiyasının idarə heyyətinin üzvü olan Turan İbrahim bildirib ki, atasının səhhətindəki problemlərlə bağlı Ombudsman Aparatına müraciət olunsa da, onlar tərəfindən heç bir reaksiya verilməyib.
''Ombudsman Aparatı hər zaman siyasi məhbuslara qarşı laqeyd davranıb. Əgər növbəti bir neçə gün ərzində yenə heç bir cavab ala bilməsək vəkillə birlikdə Qırmızı Xaç cəmiyyətinə müraciət edəcəyik.''
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, 3 il azadlıqdan məhrum edilib.
Məmməd İbrahim ittihamları qurama sayir və həbsini siyasi fəaliyyəti ilə izah edir.