Müsavat Partiyası gənclər təşkilatının sədri həbs edilib

Tural Abbaslı

O məhkəmənin qərarını yerinə yetirməməkdə günahlandırılır. Müsavat Partiyası məhkəmə qərarını siyasi adlandırıb
Avqustun 7-də Nəsimi Rayon Məhkəməsi Müsavat Partiyası gənclər təşkilatının rəhbəri Tural Abbaslını 15 sutka inzibati cəzaya məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 313-2.3 maddəsi ilə (inzibati cəzanı yerinə yetirməkdən imtina) təqsirli bilinib.

Tural Abbaslı 220 saat ictimai işi yerinə yetirməkdən imtina edib. Bu, yanvarın 12-də Bakının mərkəzində gənclərin etiraz aksiyasında iştiraka görə 600 manat həcmində cərimədən imtinaya görə verilən inzibati cəzadır. O zaman bir neçə min gənc orduda qeyri-döyüş itkilərinə etiraz edib.

Məhkəmədə T.Abbaslı ictimai işlərdən yayınma ilə bağlı ittihamı rədd edib Belə ki, gənc 41 saylı Mənzil Kommunal İstismar Sahəsində olub və qeydiyyata düşüb. Lakin heç kim ona iş təklif etməyib.

Müsavat Partiyası məhkəmənin qərarını siyasi motivli hesab edir.