Tunisdə yeni koalisiya hökuməti təşkil edilib

  • Amerikanın səsi

Tunisin baş naziri Məhəmməd Ğannuçi

Tunisin baş naziri yeni koalisiya hökumətinin təşkil edildiyini elan edib. Baş nazir Məhəmməd Ğannuçi müdafiə, daxili və xarici işlər nazirlərinin öz vəzifələrində qaldığını bildirib. Müxalifətdə olan PDP partiyasının təsisçisi Nəcib Çebbi və başqa iki müxalifət lideir yeni hökumətdə kabinet naziri postları açacaqlar. Bu arada, daxili işlər nazirliyi bildirir ki, həftələrdir sürən iğtişaşlar zamanı tələfatlar əvvəl verilmiş rəsmi rəqəmlərdən qat-qat artıq saydadır. Daxili İşlər naziri Əhməd Friaa deyib ki, zorakıqlıqlar nəticəsində ölənlərin sayı 78 nəfrədir. Hökumət bundan əvvəl ölənlərin sayının 23 olduğunu bildmişdir. Qeyri-rəsmi məlumatlara görə, hadisələr zamanı 100-ya yaxın adamın öldüyü təxmin edilir.