Tunis rəsmiləri cümə günü dəniz kənarı kurortda 38 nəfərin ölümünə səbəb olmuş kütləvi qətliamda əli ola bilən şəxsləri axtarır.
Daxili İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Aroui müxbirlərə deyib ki, tunisli militantın hücumda tək iştirak etdiyinə baxmayaraq, rəsmilər ona kömək edildiyinə əmindir.
Ölənlərin əksəriyyəti Britaniya, digərləri isə Almaniya, İrlandiya, Belçika və Portuqaliya vətəndaşlarıdır.
Tunis hökuməti turist istirahət mərkəzləri və çimərliklərə əlavə 1000 polis yerləşdirib. Baş nazir Həbib Essid ölkədə radikal moizələr verməsi ilə tanınan təxminən 80 məsçidin bağlanacağını bildirib.
İslam Dövləti qrupu Tunisdə kurortda və Küveytdəki məsçiddə intiharçı hücumu, eləcə də Fransada kimya zavodunda ölümçül basqına görə məsuliyyəti öz üzərinə götürüb.
Bazar günü Daily Telegraph qəzetində dərc etdiyi məqalədə Britaniya baş naziri Deyvid Kameronun "dünya terrora qarşı daha yaxşı cavab verməlidir" sözlərini yazıb. O deyib ki, polis və təhlükəsizlik xidmətləri gücləndirilməli, internetdə militant təbliğatlarının qarşısı alınmalı və ekstremizmin vüsət aldığı İraq, Suriya və Livya kimi ölkələrdə hökumət qüvvələrinə dəstək verilməlidir.