Tunisdə milli mühafizə komandasına hücum edilib

Tunis milli mühafizə komandasının ən azı altı üzvü bazar günü Əlcəzair sərhədinin yaxınlığında silahlı qruplaşma tərəfindən hücum edilərək öldürülüb.

Daxili İşlər Nazirliyi bunun ardınca mina partlayışı nəticəsində mühafizə dəstəsinin altı üzvü öldüyünü və üçünün isə yaralandığını bildirib.

Ölkənin rəsmi xəbər agentliyi olan TAP ölülərin sayının doqquza çatdığını deyib. TAP hadisə yerində olan təhlükəsizlik səlahiyyətlisinə istinadən, doqquz nəfərin iki minik vasitəsində patrulda olduqları zaman qumbaranın birinci maşına atıldığını bildirib.

TAP mühafizə dəstəsi tərəfindən də cavab olaraq atəş açıldığını deyib. Hadisə zamanı hücumçuların sayını və ya neçə nəfər itki verdiklərini müəyyən etmək mümkün olmayıb.

Hücum uzaq dağlıq ərazidə baş verib. Cihadçılar əsasən dağlıq sərhəd bölgələrini baza olaraq istifadə edirlər.

Tunis 2015-ci ildə çimərlik mərkəzində və ölkənin aparıcı muzeyində onlarla insanı ölümünə səbəb olan İslam radikallarının hücumlarının hədəfi olub.