Avrotuneldə qatarların fəaliyyəti bərpa edilib.
Yük maşınında yanğın Böyük Britaniya ilə Fransa arasındakı Kanal tunelindəki dəmir yolu fəaliyyətini dayandırmışdı.
Xəsarət alan olmayıb.
Tuneldə hərəkət bərpa edilsə də, 30-60 dəqiqə gecikmələr olacağı barədə xəbərdarlıq verilib.
Paris hücumlarından sonra Avropa ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.