Tulsada klinikaya hücum edən şəxs çəkdiyi ağrıya görə günahlandırdığı həkimi öldürüb

Police guard the entrance of the Natalie Medical Building at Saint Francis Hospital campus in Tulsa, Oklahoma, on June 2, 2022, a day after a gunman killed four people there.

Tulsada bir klinikada atəş açaraq dörd nəfəri öldürən silahlı şəxs yaxınlarda olunduğu əməliyyatdan sonra davam edən bel ağrısına görə günahlandırdığı bir cərrahı hədəf alıb.

Tulsa Polis İdarəsinin rəisi Vendell Franklin deyib ki, hücumdan sonra özünü vuran şübhəli şəxs ağrıdan şikayət etmək üçün dəfələrlə Saint Francis Səhiyyə Hospitalına zəng edib.

“Həmçinin şübhəli şəxsin üzərində məktub var ki, həmin məktub açıq şəkildə onun ”Dr. Fillipsi və onun yoluna keçən hər kəsi öldürmək niyyəti ilə gəldiyini göstərir,” Franklin deyib. “O, Dr. (Preston) Fillipsi əməliyyatdan sonra davam edən ağrıya görə günahlandırırdı.”

Polis bildirib ki, digər qurbanlar – bir başqa həkim, katibə və pasient, şilahlı şəxslə birlikdə ortopediya klinikasının yerləşdiyi xəstəxananın ikinci mərtəbəsində tapılıb.

Hospital yaydığı bəyanatda “icmamızım dörd üzvünün itkisinə görə kədərləndiyini” bildirib, amma ölənlərin şəxsiyyətlərini açıqlamayıb.

Polis silahlı şəxsin hücumda istifadə etdiyi tüfəngi hadisədən iki saat öncə aldığını bildirib. O, həmçinin mayın 29-da tapança da alıb.