Avropa Məhkəməsi: Türk siyasətçinin soyqırımı inkar etməyə haqqı var

Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il Osmanlı imperiyası dövründə ermənilərin kütləvi deportasiya edilmədiyi və onlara qarşı qətliamın olmadığını deyən türk siyasətçinin məsuliyyətə cəlb edilməyəcəyi barədə qərar çıxarıb.

İsveçrə məhkəməsi irqi ayrı-seçkilikdə ittihamı edilən Doğu Perinceyin ifadə azadlığının pozulduğunu bildirib. 10 hakimdən 7-si onun leyhinə qərar verib.

İnsan Haqları Məhkəməsi erməni icmasının haqlarını qorumaq məqsədilə demokratik bir cəmiyyətdə Perinciyə qarşı cinayət işinin qaldırılmasının səhv olduğunu deyib.

"Türkiyə Vətənpərvərlər Partiya"sının başçısı Doğu Perincik 2007-ci ildə mətbuat konfransında erməni soyqırımının beynəlxalq yalan olduğunu, müsəlmanlarla ermənilər arasındakı düşmənçilikdə Qərb və Rusiyanın məsuliyyət daşıdığını dediyinə görə günahkar bilinərək, cərimə edilmişdi.

Məhkəmə Perinciyin bəyanatının ictimaiyyətin maraqlarına zidd olduğunu. lakin erməni icması üzvlərinə qarşı nifrət və dözümsüzlük olmadığını, buna görə də İsveçrə cinayət qanununa əsasən cinayət işinin ləğv edildiyini bildirib.

Türkiyə həmişə qoyqırım ittihamlarını rədd edərək, 1915-ci il və ondan sonrakı illər Oslamlı türkləri tərəfindən ermənilərin iddia etdiyi 1.5 milyon deyil, 500 min erməninin öldürüldüyünü deyir.