Avropa İttifaqı Çin, ABŞ və Rusiyanı münaqişə və xaosdan yayınmaq üçün Avropa ilə əməkdaşlıq etməyə çağırır

Avropa İttifaqı dünya memarlığının dəyişdiyi bir vaxt Çin, ABŞ və Rusiyanı münaqişə və xaosdan yayınmaq üçün Avropa ilə əməkdaşlıq etməyə çağırır.

Avropa Şurasının prezidenti Donald Task Çin və Avropa İttifaqı arasında Pekində keçirilən görüşün açılışında çıxış edib. Bu görüş ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Helsinkidə keçirilən görüşdən bir neçə saat əvvəl keçirilib.

“Bizim hər birimiz bilirik ki, dünyanın memarlığı bizim gözümüz önünüdə dəyişir. Və bizim ümumi borcumuz bu dəyişikliyin daha yaxşı istiqamətdə olmasına çalışmaqdır” - deyə, Donald Task bildirib.

Task deyib ki, Avropa, Çin, ABŞ və Rusiya qlobal sabitliyi qoruyub saxlamaq və beynəlxalq ticarət qaydalarında islahatlar aparmaqla qlobal sabitliyi yaxşılaşdırmaq istiqamətində işləməlidir.

Ötən həftə Polşanın sabiq baş naziri Task Trampın Avropa müttəfiqlərinə ünvanladığı tənqidləri cavablandırıb və Putinlə görüşdən əvvəl Trampa kimin onun dostu, kimin düşməni olduğunu yadında saxlamasını xatırladıb.