2018-ci ilin iyunundan bəri Şimali Koreya lideri Kim Conq Unla üç dəfə görüşmüş.ABŞ prezidenti Donald Tramp görüşlərin dördüncü raundunun tezliklə baş verə biləcəyini deyib.
Tramp Kim Conq Unla ilin sonuna qədər dördüncü görüşü keçirə biləcəyini deyir.
“Onlar görüşmək istəyirlər. Görüşmək istərdilər. Düşünürəm ki, bu baş verəcək," Tramp deyib.
Şimali Koreya artıq ayın sonuna qədər işçi səviyyədə danışıqlar təklif edib. Bu isə danışıqların daha əsaslı bir mərhələyə keçidinə ümidləri artırıb.
Onlar görüşmək istəyirlər. Görüşmək istərdilər. Düşünürəm ki, bu baş verəcək.Donald Tramp
Sabiq ABŞ rəsmisi Dennis Vaylderin sözlərinə görə, milli təhlükəsizlik müşaviri və administrasiyada sərt xətt tərəfdarı kimi görünən Con Boltonun vəzifədən getməsi buna yardımçı ola bilər.
"Düşünürəm ki, Şimali Koreyalılar Con Boltonu artıq prezident komandasının tərkibində görməməkdən məmnun olacaqlar... Con Bolton, heç zaman prezidentin Koreyaya istiqamətli siyasəti ilə həmfikir olmayıb," Denis Vayldern deyir.
Bolton Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün "Liviya Modeli"nə istinad etmişdi. Nüvə proqramından imtina etdikdən sonra ABŞ-ın dəstəklədiyi üsyançılar tərəfindən öldürülümş Liviya lideri Müəmmar Qəzzafinin nümunə kimi göstərilməsi həmin vaxt Pxenyanı qəzəbləndirmişdi.
"Siz hələ Qəzzafi ilə baş verənlərə nəzər yetirin. Bu yaxşı bir bəyanat deyildi və bu bizi geri atdı," Tramp deyib.
Boltonun getməsinə baxmayaraq, Şimali Koreyanın danışıqları asanlaşdırması ehtimalı yoxdur. Bu həftə Şimali Koreya may ayından etibarən qısa mənzilli raketlərin 10-cu sınağını keçirib.
Danışıqlar nəhayət yenidən başlasa, seçilən format mühüm əhəmiyyət kəsb edəcək. ABŞ və Şimali Koreyanın nüvə razılaşması üzrə irəliləyişin baş verməsi Kim və Tramp arasında əl sıxılmasından daha çox nüvə mütəxəssislərinin görüşündən asılı olacaq.