Tramp Rusiya-Ukrayna münaqişəsində döyüş sursatlarının artmasından “inanılmaz dərəcədə narahatdır”

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı təxminən üç ildir davam edən müharibəsində müxtəlif silah növlərinin istifadəsinin genişlənməsindən “inanılmaz dərəcədə narahatdır”.

Hazırda Florida konqresmeni olan Maykl Voltz “Fox News Sunday”a bildirib ki, səlahiyyət müddəti başa çatan prezident Co Baydenin administrasiyasının Ukraynaya Rusiyanın döyüş meydanında quru qoşunlarının irəliləyişlərini dayandırmaq üçün piyada əleyhinə minalardan istifadə etməyə icazə vermək qərarı Ukraynanın şərqində döyüşü dəyişərək Ukrayna “Birinci Dünya Müharibəsi xəndək müharibəsi”nə bənzər bir şeyə çevrilib.

Voltz deyib ki, verilən qərar "bu münaqişəyə son qoymaq üçün daha geniş çərçivədə olmalıdır".

"Bu, sadəcə olaraq, o cəbhədəki insanların və personalın qırğınıdır" - deyə, o əlavə edib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin keçən həftə ABŞ-ın Ukraynaya piyada əleyhinə mina göndərməsini əsas döyüş meydanı olan Ukraynanın şərqində münaqişənin xarakterinin dəyişməsi ilə əlaqələndirib.

Voltz yanvarın 20-də vəzifəyə başlayan Trampın qırğından narahat olduğunu deyib, lakin bildirib ki, geniş mənzərədə önəm kəsb etməli olan sual “Biz çəkindirməni necə bərpa edəcəyik və sülhü necə təmin edəcəyik?”

"Biz bunu məsuliyyətlə sona çatdırmalıyıq" dedi.

Tramp tez-tez ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimindən əvvəl Rusiya-Ukrayna müharibəsini bitirəcəyini iddia edirdi. Tramp heç vaxt necə edəcəyini deməyib və sentyabrda seçki kampaniyası zamanı Ukraynanın qalib gəlməsini istədiyini deməkdən yayınıb.

Voltz deyib ki, o, Trampın Yaxın Şərqdə İran tərəfindən maliyyələşdirilən militantlarla - Qəzzada HƏMAS və Livanda Hizbullahla döyüşən İsrailin də daxil olduğu çoxsaylı münaqişələrdə “kifayət qədər qısa müddətdə” sülhü bərpa edəcəyinə “əmindir”.

Lakin Qəzzada münaqişə ilə bağlı aylardır davam edən atəşkəs danışıqları dalana dirənib və Hizbullah-İsrail döyüşlərini dayandırmaq üçün aparılan danışıqlarda hələ də razılıq əldə olunmayıb.